Salah “Əl-İttihad” üçün tibbi müayinədən keçəcək

“Liverpul”un hücumçusu Məhəmməd Salahın “Əl-İttihad” üçün nə vaxt tibbi müayinədən keçəcəyi məlum olub.

Komanda.az “KSA Sport”-a istinadən xəbər verir ki, misirli hücumçu avqustun 27-də, “Liverpul”un “Nyukasl”la oyunundan sonra Səudiyyə Ərəbistanı klubunun düşərgəsinə yollanacaq.

Daha əvvəl ərəblərin 31 yaşlı futbolçu üçün 90 milyon avro ödəməyə hazır olduqları bildirilmişdi.

Salah bu mövsüm “Liverpul”un heyətində 2 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “qırmızılar”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button