Motta məşqçiliyə başladı

PSJ-nin və İtaliya millisinin sabiq futbolçusu Tiaqo Mottanın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, Motta PSJ-nin 19 yaşadək futbolçulardan ibarət komandasını çalışdıracaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Karyerası ərzində “Barselona”, “İnter”, “Atletiko” kimi klublarda çıxış edən Motta, son olaraq PSJ-nin uğurları üçün çalışırdı.

36 yaşlı sabiq futbolçu 2018-ci ilin yayında karyerasını bitirib.

Motta 30 dəfə də İtaliya millisinin şərəfini qoruyub.