
Terziç İspaniya klubunun baş məşqçisi olmağa yaxındır
Almaniyalı məşqçi Edin Terziç “Atletik”ə rəhbərlik edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər mart ayından bəri danışıqlar aparır. Mediada da bu haqda bildirilib:
“Terziç “Atletik”i çalışdırmaq üçün favorit olaraq qalır. Klub rəhbərliyi onu istəyir”.
43 yaşlı mütəxəssis 2024-cü ildə “Borussiya”nı UEFA Çempionlar Liqasının finalına çıxardıqdan sonra istefa verdiyini açıqlayıb və o vaxtdan bəri işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



