Terri: “İngiltərə millisi Argentinadan daha yaxşıdır”

İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri dünya çempionatının yarımfinalında Argentina yığması ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Argentina millisi məni narahat etmir. Hər iki komandaya baxanda deyə bilmərəm ki, onlar bizdən üstündürlər. Düşünürəm ki, biz Argentina millisindən daha yaxşıyıq”.

İngiltərə və Argentina milliləri arasında yarımfinal görüşü iyulun 15-də keçiriləcək. Digər yarımfinalda isə Fransa və İspaniya yığmaları qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button