
“Barselona”nın qapıçısı zədələnib
“Barselona”nın qapıçısı Mark-Andre ter Stegen komandanın məşqi zamanı yeni zədə alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, zədə bu həftə qiymətləndiriləcək. Bu, qolkiperin yanvar ayında “Jirona”ya icarəyə verilməsinə təsir göstərə bilər. Daha əvvəl Ter Ştegenin “Jirona”ya icarəyə verilməyə yaxın olduğu bildirilib.
33 yaşlı futbolçu 2014-cü ilin iyul ayından “Barselona”da çıxış edir. O, 2025/2026 mövsümündə “Barselona”da yalnız bir dəfə, kral kubokunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



