Ter Ştegen növbəti dəfə ata olacaq

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen şəxsi həyatı ilə bağlı xoş xəbəri ictimaiyyətlə bölüşüb.

Komanda.az xəbər verir ki, “Jirona”da icarə əsasında çıxış edən almaniyalı qolkiper sosial şəbəkədə üçüncü dəfə ata olacağını açıqlayıb. O və həyat yoldaşı Ona Sellares hələlik uşağın cinsini açıqlamayıblar.

Ter Ştegenin əvvəlki münasibətindən iki oğlu var. O, təxminən bir il əvvəl keçmiş həyat yoldaşı Daniella ter Ştegenlə yollarını ayırıb.

31 yaşlı qapıçı “Jirona”da cəmi 2 oyuna çıxıb, 2 qol buraxıb. Daha sonra isə zədə səbəbindən sıradan çıxıb. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı hələlik məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button