
Ter Ştegen məşqlərə başlayıb
Mark-Andre ter Ştegen “Barselona”da ümumi komandaya qoşularaq məşqləri bərpa edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin xidmətində bir neçə klub maraqlıdır.
“Barselona”nın heyətində əsas yerini itirən almaniyalı futbolçunun yanvarda komanda dəyişməsi istisna edilmir. O, bu mövsüm İspaniya La Liqasında hələ bir oyun belə, keçirməyib.
Ter Ştegenin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



