La Liqanın rəhbəri Peresin ittihamlarına cavab verdi

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas, “Real”ın prezidenti Florentino Peresin klubun “oğurlanmış titulları” ilə bağlı son açıqlamasına cavab verib. Peresin sözlərinə görə, Madrid klubu yeddi çempionluqdan məhrum edilib. Bu açıqlama əzəli rəqib “Barselona”ya qarşı ittiham kimi qəbul edilə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas, “Real”ın prezidentinin açıqlaması ilə bağlı belə deyib:

“Xeyr, bu doğru deyil. “Real”dan 500 səhifəlik hesabat görmək istəyirəm. Bizim də hesabatımız var, amma 500 səhifəlik deyil”.

“Real” bu mövsüm La Liqa titulunu qazana bilməyib. “Barselona” ardıcıl ikinci mövsümdə çempionluğu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button