Tarixin ən yaxşı 10 braziliyalı futbolçusu – SİYAHI

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri futbol tarixinin ən yaxşı 10 braziliyalı futbolçusunun siyahısını təqdim edib.

Komanda.az xəbər verir ki, siyahıya əfsanəvi hücumçu Pele başçılıq edir. İkinci yerdə “Real”, “Barselona” və “İnter”in sabiq hücumçusu Ronaldo qərarlaşıb. İlk üçlüyü “Botafoqo”nun keçmiş futbolçusu Qarrinça tamamlayıb.

“FourFourTwo”-ya görə 10 ən yaxşı braziliyalı futbolçu:

  1. Pele (hücumçu)
  2. Ronaldo (hücumçu)
  3. Qarrinça (hücumçu)
  4. Ronaldinyo (yarımmüdafiəçi)
  5. Romario (hücumçu)
  6. Rivaldo (hücumçu)
  7. Ziko (yarımmüdafiəçi)
  8. Sokrat (yarımmüdafiəçi)
  9. Jairzinyo (yarımmüdafiəçi)
  10. Kaka (yarımmüdafiəçi)

Bundan əvvəl “FourFourTwo” İngiltərə Premyer Liqası tarixində ən yaxşı 32 məşqçinin siyahısını dərc edib. Siyahıya Aleks Ferqyuson rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button