
Tanınmış jurnalist Kvaratsxeliyaya görə Artetaya səsləndi: “Pula qənaət etmə”
“Arsenal” azarkeşi olan tanınmış jurnalist və aparıcı Pirs Morqan gürcü vinger Xviça Kvaratsxeliyanın komandaya mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb:
“Bu xəbər doğrudursa, “Arsenal” Kvaratsxeliyanı mütləq transfer etməlidir. Mikel Arteta (komandanın baş məşqçisi), pula qənaət etmə. Bu, möhtəşəm futbolçudur”.
Kvaratsxeliya hazırda PSJ-nin formasını geyinir. O, Paris təmsilçisinə 2025-ci ilin əvvəlində qoşulub.
23 yaşlı futbolçu cari mövsümdə 37 oyunda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



