Məşhur futbolçunun oğlu İngiltərə millisində debüt edib

Braziliyalı müdafiəçi Tiaqo Silva uzun illərdir İngiltərədə yaşayır və ailəsinin gələcəyini də məhz bu ölkə ilə bağlayıb. Onun oğlu Yaqo Silva artıq İngiltərədə futbol karyerasını inkişaf etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaqo Silva bu günlərdə İngiltərənin 15 yaşadək futbolçulardan ibarət millisində debüt edib. Gənc futbolçunun komandası Kiprdən olan yaşıdlarına qarşı keçirilən oyunda 3:0 hesablı qələbə qazanıb.

Yaqo 2020-ci ildən İngiltərədə yaşayır. Onun atası Braziliya millisində 113 oyun keçirib və 7 qol vurub.

Tiaqo Silva hazırda “Portu”da, mövsümün sonunadək icarə əsasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button