Tanınmış futbolçu MLS klubu ilə müqavilə bağlayıb

“Milan”ın və Fransa millisinin hücumçusu Olivye Jiru MLS klublarından “Los Anceles”lə müqavilə imzalayıb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçunun müqaviləsi uzadılma variantı ilə il yarım davam edəcək. Onun maaşı illik 3 milyon avro olacaq.

Jiru “Los Anceles”ə 2024-cü il Avropa çempionatından sonra, azad agent kimi qoşulacaq.

Fransalı forvard bu mövsüm “Milan”ın heyətində 42 oyun keçirib, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button