“Təslim olmayacağıq” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta Milad şam yeməyində komanda qarşısında çıxış edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub rəhbəri təslim olmayacaqlarını bildirib:

“İdman dünyasının bir hissəsi olan məyusluqlara baxmayaraq, dünyanın ən yaxşı klubunu təmsil etməkdən qürur duyduğumuz müddətdə təslim olmayacağıq. Dörd turnirin hər birində mübarizə aparacağıq: Superkubok və İspaniya kuboku, Çempionlar Liqası və çempionluq. Mən sizin dəstəyinizi xahiş edirəm – bu gün bu, həmişəkindən daha vacibdir. Xahiş edirəm ki, qələbəyə gedən yolda futbolçularımız və baş məşqçimizin yanında olasınız. Biz birlikdə buna nail ola bilərik”.

“Barselona” hazırda La Liqada turnir cədvəlində dördüncü yerdədir. Komanda 16 turdan sonra 34 xal toplayıb. “Barselona” H qrupunda birinci yerlə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button