
Təsdiqləndi: Kipr klubunun futbolçusu “Qarabağ”a keçəcək
“Omoniya” klubunun yarımmüdafiəçisi Jali Muaddibin Azərbaycanda oynayacağı dəqiqləşib.
Komanda.az xəbər verir ki, “Qarabağ” fransalı vingeri razı sala bilib. Bu barədə Kipr klubunun meneceri Giorgos İrakleus yerli “SportFM” radiosuna açıqlamasında bildirib.
O, Muaddibin “Qarabağ”la razılaşdığını və yeni mövsümdən “Omoniya”da çıxış etməyəcəyini söyləyib.
Muaddib bu mövsüm Kipr çempionatında 28 matçda 4 qol vurub, 6 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 375 min avrodur. O, azad agent kimi “Qarabağ”a keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



