Tənqidlər onu incitmir

“Liverpul”un müdafiəçisi Vircil van Dayk tənqidlərə əhəmiyyət vermədiyini deyib.

Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu tənqidlərin onu incitmədiyini bildirib:

“Mən tənqidlər haqqında düşünmürəm. Məni heç incitmir. İndi vəziyyətimiz asan deyil, amma düzgün istiqamətdə hərəkət etməliyik. Matçlarımızı izləyirsizsə, başa düşürsüz ki, oyunçular əllərindən gələni edirlər”.

Van Dayk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir.

31 yaşlı müdafiəçi bu mövsüm İngiltərə klubunun heyətində bütün yarışlarda 26 oyuna çıxıb və 2 qol vurub.

“Liverpul” Premyer Liqada 22 oyundan sonra 36 xalla 7-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button