Alleqri “Milan”dan ayrıla bilər – Daha çox səlahiyyət istəyir

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri postundan ayrılmaq ehtimalı ilə gündəmə gəlib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis klub rəhbərliyindən layihə ilə bağlı daha aydın plan və transfer bazarında daha çox səlahiyyət istəyir. Bu tələblər yerinə yetirilməsə, Alleqri “Milan”ı tərk edə bilər.

Alleqri 2025-ci ilin mayında ikinci dəfə “qırmızı-qaralar”a baş məşqçi təyin olunub. O, daha əvvəl 2010 – 2014-cü illərdə də bu komandanı çalışdırıb.

“Milan” hazırda A Seriyasında 32 turdan sonra 63 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda növbəti matçını aprelin 19-da, səfərdə “Verona”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button