“Təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim” – Millinin baş məşqçisi

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Gürcüstan millisinə uduzduqları (2:5) yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, o, oyunçularının gözlənilməz səhvlər etdiyini deyib: 

“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də, təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button