
“Şəfa”dan növbəti transfer
“Şəfa” növbəti transferini reallaşdırıb.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Draqu son olaraq “Unirea Sloboziya” klubunda çıxış edib.
Futbolçu karyerası ərzində isə “Vitorul”, “Botoşani” və “Universitatea” kimi komandaların formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



