Super Liqa klubunu “Hapoel”ə dəyişdi

Türkiyənin “Hatayspor” klubu hücumçusu Məhəmməd Kamara ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 24 yaşlı futbolçu İsrailin “Hapoel” (Hayfa) klubuna keçib. O, yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Kamara “Hatayspor” 2021-ci ildən formasını geyindiyi Hatay klubunda 47 matça çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsümün ikinci dövrəsini Qazaxıstanın “Astana” klubunda icarədə keçirmiş forvard, daha öncə “Menemenspor”, “Atlanta Silverbaks”, “Paderborn” və “Los Anceles Qalaksi” klublarının ikinci komandalarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button