Super Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Çağdaş Atanla yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

42 yaşlı mütəxəssislə 3 illik yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatacaqdı.

Atan bu mövsümün əvvəlindən Kayseri klubuna rəhbərlik edir. O, daha öncə də bu komandada məşqçi kimi çalışıb. Belə ki, gənc mütəxəssis 2017-ci ildə Kayseri təmsilçisində köməkçi məşqçi kimi fəaliyyət göstərib.

“Kayserispor” bu mövsüm Super Liqada 15 oyuna topladığı 23 xalla 19 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button