Super Liqa klubunda yeni müqavilə

Türkiyənin “Alanyaspor” klubu yarımmüdafiəçisi Ceyhun Gülselamla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu 2 illik (1+1) yeni müqaviləyə imza atıb.

Ceyhun Gülselam 2018-ci ildən “Alanyaspor”un uğurları üçün çalışır. O, geridə qalan mövsümdə bu komandanın heyətində bütövlükdə 40 oyuna çıxıb, 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə kubokunun finalına çıxan Alanya təmsilçisi Super Liqada da 5-ci yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.