“Sumqayıt”da yeni müqavilə

“Sumqayıt” klubu futbolçusu Ayxan Süleymanlı ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı müdafiəçi 3+1 illik yeni sözləşmə imzalayıb.

2022-ci ildən “Sumqayıt”ın formasını geyinən oyunçu bu vaxta qədər Premyer Liqada 16 matçda meydanda olub. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button