
“Sumqayıt”a 10000 manatlıq cərimə – Klub prezidenti və baş məşqçiyə görə
AFFA İntizam Komitəsi “Sumqayıt”ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna “kimyaçılar”ın “Kəpəz”ə qarşı keçirdikləri Premyer Liqanın 30-cu turunda yaşananlar səbəb olub.
“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



