Sumqayıtda 400-cü qol

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 400-cü qolunu buraxıb.

Komanda.az xəbər verir ki, bu, mövsümün 4-cü turunun “Qarabağ”la ev matçına təsadüf edib. Sumqayıt şəhər stadionunda keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda vurulan sonuncu qol sumqayıtlıların buraxdığı 400-cü top olub. Qolun müəllifi Filip Ozobiç olub.

“Gənclik şəhəri” təmsilçisi bu rəqəmə 276 qarşılaşmada çatıb. Komanda orta hesabla hər görüşdə 1,45 top buraxıb.

2011/12 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt”la oyunlarda ən çox qol vuran komandalar “Qarabağ” (67), “Qəbələ” (53) və “Neftçi” (52) klublarıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button