“…şanslıyıq” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqanın ilk turunda “Çelsi”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, norveçli mütəxəssis, 4:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“İkinci hissədə möhtəşəm oynadıq. Çox yaxşı müdafiə olunduq və hücumlarımız da kəsərli idi. İlk hissəni 1:0 hesabıyla irəlidə bitirdiyimiz üçün şanslıyıq.

Harri Maquayr gözlədiyimiz kimi oynadı. Diqqətli, sakit və bir liderdir. Onunla yanaşı, digər müdafiəçilərin də oyunundan razıyam”.