Stolüstü tennisçilərdən Daşkənddə üç mükafat

Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən “WTT Youth Contender” turnirində uğurla çıxış ediblər.

Komanda.az xəbər verir ki, yarışın son günündə U-15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə finaladək bütün rəqiblərini üstələyərək finala yüksəlib.

Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib.

Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button