Cerrard onu “Aston Villa”da saxlamaq istəyir

İngiltərəli futbolçu Eşli Yanq “Aston Villa”da qala bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Aston Villa”nın baş məşqçisi Stiven Cerrard Yanqı komandada saxlamaq istəyir. O, bu məsələnin futbolçudan da asılı olduğunu söyləyib:

“Mən Eşliyə dedim ki, onun qalmasını istəyirəm. Bu məsələ artıq müzakirə olunur. Belə hallarda əsas futbolçunun özüdür. O, qane olmalı, qalmaq, danışıqlar aparmaq istəməlidir. Hələ müzakirə edəcəyimiz çox şey var, lakin biz ondan razıyıq”.

36 yaşlı ingilis futbolçu cari mövsümdə 23 matçda 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi bu ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button