
Sterlinq yeni komandasının məşqlərində iştirak edə bilmir
“Mançester Siti” və “Çelsi”dəki çıxışı ilə tanınan Rahim Sterlinq qışda “Feyenoord”a qoşulub.
Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin iş icazəsi ilə bağlı problemləri mövcuddur. Buna görə də, o, hələ də komandanın məşqlərində iştirak edə bilmir.
İngiltərəli futbolçu sərbəst agent kimi “Feyenoord”a transfer olunub və onun müqaviləsinin müddəti bu ilin iyununa qədərdir.
Rotterdam təmsilçisi hazırda Niderland çempionatında 45 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



