Sterlinq – 100!

İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə “Everton”a 3:1 hesabıyla qalib gələn “Mançester Siti”nin futbolçusu Rahim Sterlinq üçün bu oyun əlamətdar olub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in 3-cü qolunun müəllifi olan 24 yaşlı futbolçu, karyerasında 100-cü qolunu vurub. “Mançester Siti”nin heyətində 77 qol vuran ingiltərəli vinger, digər Premyer Liqa təmsilçisi “Liverpul”da 23 qolla yadda qalmışdı.

Sterlinq 2015-ci ildə “Liverpul”dan “Mançester Siti”yə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button