“Stemford Bric”də iftar yeməyi veriləcək

“Çelsi” martın 26-da ev oyunlarını keçirdiyi stadionda iftar yeməyi verəcək.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Həmin dövrdə milli komandaların oyunları səbəbindən “Çelsi” “Stemford Bric”də heç bir matça çıxmayacağı üçün belə imkan yaranıb. “Çelsi” bu qərarı ilə Premyer Liqa təmsilçiləri arasında stadionunda iftar yeməyi verən ilk klub kimi tarixə düşəcək.

Ramazan ayı bu il martın 22-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button