“Rəqiblər narahat olmalı, qabaqlayıcı tədbirlər görməlidirlər” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli müdafiəçi Teo Hernandes və hücumçu Rafael Leaonun hazırkı formasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki oyunçunun fantastik futbolçular olduğunu və onların oyunundan həzz aldıqlarını bildirib:

“Teo və Leao qayıtdı? Bəli, mütləq. Onlar əla texniki və fiziki imkanlara malikdirlər və əqli cəhətdən çox bağlıdırlar. Rəqiblər narahat olmalı, qabaqlayıcı tədbirlər görməlidirlər. Açığı, onlar bizə daha rəngarəng oynamağa imkan verir. Onlar fantastik oyunçulardır və biz onların oyunundan həzz alırıq”.

Hernandes 2019-cu ilin yayından “Milan”da çıxış edir. Futbolçu bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

Leao bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 10 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button