“Mən komandamı səfərə məğlub olmaq düşüncəsiylə aparmıram” – Qvardiola

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda keçirəcəkləri “Liverpul”la oyunla bağlı açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, oyunla bağlı bunları deyib:

“Zehni yanaşmaya və taktiki qərarlara köklənəcəm. Statistika barədə düşünmürəm, amma uzun müddət qalib gəlməməyimiz “Enfild Roud”da qələbə qazanmağın nə qədər çətin olduğunu göstərir. Belə stadionlarda oynamaq asan deyil. “Liverpul” yaxşı komandadır. Rəqib 6 xal irəlidədir və əla mövsüm keçirir. Amma mən komandamı səfərə məğlub olmaq düşüncəsiylə aparmıram. Heç vaxt məğlub olmaq düşüncəsi olmayıb, həmişə xüsusi bir şey etməyi düşünürəm. Kiçik nüanslara diqqət etməli və qələbəyə inanmalıyıq. Həm psixoloji, həm də taktiki cəhətdən qalib gəlmək üçün nəyin lazım olduğunu futbolçulara izah etməyə çalışacam”.

“Liverpul” – “Mançester Siti” oyunu bu gün, saat 20:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button