Spallettidən Martinesin mümkün transferi haqda açıqlama

“Yuventus”un baş məşqçisi Luçano Spalletti, Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinesin mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Martines bu yay klubunu dəyişmək istəyən futbolçudur. Bizə rəqabət lazımdır. Hazırda heyətimizdə iki qapıçı var”.

33 yaşlı qolkiper 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” oyunçunun bazar dəyərini 12 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button