Spaletti: “Mən bunu etdim”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Ukrayna yığması ilə qolsuz bərabərə qaldıqları oyun (0:0) haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, eyni zamanda İtaliya millisinin AÇ-2024-ə vəsiqə qazanmasını şərh edib:

“İtaliyanın AÇ-2024-ə vəsiqə qazanması ilə bağlı çoxlu söhbət eşitdim, amma qorxu ilə. Amma komandanı Avropa çempionatına çıxarmaq üçün bu işə razılaşdım. Mən bunu etdim.

Rəqib komanda öz işinin öhdəsindən layiqincə gəldi. Bu görüş bizim Şimali Makedoniya yığması ilə əvvəlki oyunumuzdan tamamilə fərqli idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button