“Sauthempton” israilli qapıçının transfer hüququna yiyələnib

“Bayern”in qapıçısı Daniel Perets klubdan ayrılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, israilli qolkiper icarə əsasında çıxış etdiyi “Sauthempton”a transfer olunub.

Perets ötən mövsüm Çempionşipdə 22 oyunda meydana çıxıb və bu qarşılaşmalarda 19 qol buraxıb. Onun transfer dəyəri təxminən 4 milyon avro olaraq qiymətləndirilir.

“Sauthempton” ötən mövsümü 80 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vurub. “Müqəddəslər” pley-off mərhələsindən rəqib komandaların məşq proseslərinin çəkilişi ilə bağlı baş verən insident səbəbindən kənarlaşdırılıb.

Beləliklə, 25 yaşlı futbolçu karyerasını “Sauthempton”da davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button