
Simeone: “Sörlot “Atletiko” üçün son dərəcə vacibdir”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone qış transfer pəncərəsində hücumçu Aleksander Sörlotun komandadan ayrılma ehtimalı haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı bunu söyləyib:
“Düşünürəm ki, Sörlot “Atletiko” üçün son dərəcə vacibdir. Onun başqa heç bir oyunçunun bizə təklif etmədiyi bir şey var. Bizə bu formada lazımdır. Hesab edirəm ki, o da burada olmaqdan məmnundur”.
Sörlot “Atletiko”ya 2024-cü ildə qoşulub. 29 yaşlı forvardın Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



