Villaş-Boaş Romaya gedir

Son olaraq Fransanın “Marsel” klubunda baş məşqçilik Andre Villaş-Boaş İtaliyada işləyə bilər.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Latsio” komandasını çalışdıra bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Andrenin bu gün Romaya gələrək, “Latsio” rəsmiləri ilə görüşəcəyi bildirilib.

“Latsio”da bir neçə gün əvvəl baş məşqçi Simone İnzaqi ilə yollar ayrılmışdı.

Andre Villaş-Boaş son olaraq Fransanın “Marsel” klubunda baş məşqçilik edib. O, daha əvvəl “Portu”, “Çelsi”, “İnter”, “Tottenhem”, “Zenit” kimi klublarda çalışıb.