“Çelsi”nin sabiq futbolçusu Braziliya klubunda

Son klubu Almaniya “Herta”sı olan Salamon Kalu karyerasını Braziliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu “Botafoqo”ya transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kalu ilə müqavilə 2021-ci ilin sonuna qədər nəzərdə tutulub.

Karyerası ərzində “Feyenoord”, “Ekselsior”, “Çelsi”, “Lill” kimi klublarda çıxış edən Kalu, 2014-cü ildən “Herta”nın formasını geyinirdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button