Son 15 mövsümün ən yaxşı azarkeş göstəricisi

Azərbaycan Premyer Liqasının 29-cu turunda keçirilmiş “Neftçi” – “Qarabağ” oyununu stadiondan 9500 tamaşaçı izləyib.

Komanda.az xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.

“Ağ-qaralar”ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011 mövsümündə qeyd alınıb.

2011-ci il fevralın 13-də “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.

“Neftçi” “Palms Sports Arena”da keçirilən görüşdə “Qarabağ”a 1:5 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button