“Son 15 ildə Avropada onun qədər yaxşı futbolçu görməmişəm” – Aquero

Argentina millisinin keçmiş hücumçusu Serxio Aquero PSJ-nin futbolçusu Lionel Messi barədə danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Mançester Siti” və “Barselona”nın sabiq futbolçusu, Messinin ünvanına tərif yağdırıb:

“Başqalarının daha çətinliklə etdiyi şeyləri onun asanlıqla reallaşdırdığını izləmək heyrətamizdir. Mən son 15 ildə Avropada onun qədər yaxşı futbolçu görməmişəm.

Gənclərdən ibarət komandalarda oynayanda bilirdik ki, Leo istəsə, iki dəqiqəyə beş qol vura bilər. Messi diqqətini tam cəmləyəndə ona qarşı oyunda qalib gəlmək mümkün deyildi. O, başqa futbolçulardan üstündür”.

Aquero cari mövsümün gedişində ürəyində yaranan problemə görə “Barselona”dan ayrılıb və futbolçu karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button