Sommer üçün 8 milyon avroluq təklif

“Bayern” Yan Sommeri transfer etmək üçün “Borussiya” (Münhenqladbax) ilə danışıqları davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 34 yaşlı qapıçı üçün “Borussiya”ya 8 milyon avro təklif edib. Lakin Münhenqladbax təmsilçisi təklifi qəbul etməyib.

Manuel Noyerin xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən komandaya kömək edə bilmir.

Yan Sommer bu mövsüm Almaniya Bundesliqasında “Borussiya”nın heyətində 15 matça çıxıb və 19 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button