Slotun taleyi Çempionlar Liqasına vəsiqədən asılıdır

“Liverpul” rəhbərliyi komandanın baş məşqçisi Arne Slotla bağlı təcili toplantı keçirib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, mersisaydlılar İngiltərə kubokunun 1/4 final mərhələsində “Mançester Siti” qarşısında 0:4 hesablı ağır məğlubiyyətdən sonra vəziyyəti müzakirə edib.

Niderlandlı mütəxəssisin gələcəyi komandasının gələn mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmasından asılı olacaq. Komanda ilk dördlükdə yer ala bilməsə, Slotun istefaya göndəriləcəyi istisna edilmir.

“Qırmızılar” hazırda İngiltərə Premyer Liqasında 31 turdan sonra 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasının 1/4 finalında PSJ ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button