Şlotterbek karyerası ilə bağlı qərar verəcəyi vaxtı müəyyənləşdirib

Adı bir çox klubla hallanan “Borussiya”nın (Dortmund) müdafiəçisi Niko Şlotterbek gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ dəqiq qərar vermədiyini deyib:

“Qərar vermək üçün özümə son tarix təyin etmişəm. Dəqiq nə vaxt qərar verəcəyimi deməyəcəm, amma yaydan əvvəl mütləq deyəcəm. Burada özümü rahat hiss edirəm. Bu, asan qərar olmayacaq. Mən intuisiyaya güvənən insanam. Hər şeyi atam və ailəmlə müzakirə edəcəm, sonra qərar verəcəm. Hələ dəqiq nə olacağını bilmirəm”.

Şlotterbek 2022-ci ildən “Borussiya”da çıxış edir. Onun Almaniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button