Slot PSJ ilə oyun haqda: “Ümid varmı? Əlbəttə ki, var”

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/4 finalının PSJ ilə ilk oyunundan (0:2) sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cütün taleyinin hələ müəyyənləşmədiyini söyləyib:

“Ümid varmı? Əlbəttə ki, var. Futbolda hər şey mümkündür. “Atletiko”nun “Barselona”nı 2:0 hesabıyla məğlub etdiyini gördüm. Meydanda hər şey ola bilər: qovulmalar, təyin olunan və edilməyən penaltilər, müxtəlif hadisələr. “Enfild”in bizə necə kömək etdiyini unutmamalıyıq. “Qalatasaray”a səfər məğlubiyyətindən sonra jurnalistlər bədbin idilər, amma bir həftə sonra ən yaxşı oyunumuzu oynadıq və irəlilədik”.

Komandalar arasında cavab oyunu 14 apreldə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button