Slot: “Liverpul”da tamamilə dəstəkləndiyimi hiss edirəm”

“Liverpul”un baş məşqçisi Arne Slot komandadakı mövqeyi və ona verilən dəstək barədə açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis klub rəhbərliyi tərəfindən tam dəstək hiss etdiyini bildirib:

“Təkcə sahiblərdən deyil, həm də Riçard Hyus (idman direktoru) və Maykl Edvardsdan (baş icraçı direktor) – onlar da çox dəstəkləyicidirlər.

Nə qədər qəribə səslənsə də, azarkeşlərin dəstəyini də hiss edirəm. “Mançester Siti”yə 0:4 hesabı ilə məğlub olduqdan sonra da azarkeşlər “Biz “Liverpul”u sevirik” mahnısını oxudular.

Düşdüyümüz vəziyyəti anlayırıq və tamamilə dəstəkləndiyimi hiss edirəm”.

“Liverpul” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSJ-yə 0:2 hesabı ilə məğlub olub. Komanda hazırda Premyer Liqada 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button