Slot: “Bu yay böyük sınaq olacaq”

“Liverpul”un baş məşqçisi Arne Slot klubun transfer siyasəti ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı yeni transferlər etmək üçün əvvəlcə oyunçularını satmaq məcburiyyətində olduqlarını bildirib:

“Klub hazırda keçid dövrünü yaşayır və heyətdə dəyişikliklər qaçılmazdır. Biz satmadan ala bilmirik. Bəzi futbolçuları pulsuz itiririk. Bu yay böyük sınaq olacaq, amma klub artıq göstərib ki, bu model işləyir.

Komandanın gələcəyi müsbətdir, ancaq bu, bəzi aparıcı futbolçuların gedişindən sonra yeni transferlərdən asılı olacaq. Biz keçid dövründəyik. Hər klubun öz dövrü olur. Uğur qazanan bir çox futbolçu artıq gedib və ya gedir. Təəssüf ki, bu, pulsuz transferlər vasitəsilə də həyata keçir. Belə hallar Məhəmməd Salahla, Endryu Robertsonla baş verəcək, necə ki, Trent Aleksander-Arnodla baş verib. Bildiyiniz kimi, klubumuz yenidən xərcləmək üçün investisiyalarını geri qaytarmalıdır. Keçən mövsüm də bir çətinlik idi: 5 və ya 6 oyunçu ilə müqavilə bağlamaq üçün 10-11 futbolçu satmalı olduq”.

“Liverpul” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində hər iki oyunda PSJ-yə məğlub olaraq (0:4), mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button