“İndi hər şey “İnter”in əlindədir”

“Milan”ın sabiq oyunçusu Demetrio Albertini İtaliyada çempionluq yarışının hazırkı vəziyyəti ilə bağlı şərh verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər şeyin artıq “İnter”in əlində olduğunu düşünür:

“Skudettonun taleyi necə olacaq? Düşünürəm ki, bu barədə danışmaq üçün “İnter”in hələ bir neçə oyun daha uduzması lazımdır. İndi hər şey “İnter”in əlindədir. Amma bizə hədiyyə versələr, “Milan”ın ondan istifadə etməməsi böyük səhv olardı”.

“İnter” 69 xalla A Seriyasının turnir cədvəlində liderdir. “Milan” isə 63 xalla 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button