Simeoneyə yeni müqavilə təklif oluna bilər – Əla şərtlərlə

“Atletiko”nun rəhbərliyi baş məşqçi Dieqo Simeone ilə bağlı mühüm qərar verməyə hazırlaşır.

Argentinalı mütəxəssis Madrid komandasını 2011-ci ilin dekabrından çalışdırır və uzun illərdir komandanın “sükanı arxasında”dır. Klub rəhbərliyi onun fəaliyyətindən razıdır və müqavilənin müddətinin uzadılması variantını nəzərdən keçirir.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, “Atletiko” yaz aylarında ölkə kuboku və ya hansısa digər titul qazanarsa, Simeoneyə əla şərtlərlə yeni müqavilə təklif olunacaq.

Klubda hesab edirlər ki, yaxın bir-iki il ərzində məhz Simeonenin rəhbərliyi altında UEFA Çempionlar Liqasını qazanmağa iddialı kollektiv formalaşdırmaq mümkündür.

55 yaşlı mütəxəssisin klubla hazırkı müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button