
Simeone: “Heç-heçə ədalətli nəticədir”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Brügge” ilə keçirilən və 3:3 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.
Madrid təmsilçisi ilk hissədə üstün oyun nümayiş etdirərək fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. Ancaq meydan sahibləri ikinci hissənin əvvəlində qısa müddətdə iki qol vuraraq hesabı bərabərləşdiriblər. Qarşılaşmanın 79-cu dəqiqəsində “Atletiko” yenidən önə keçsə də, Belçika klubu 89-cu dəqiqədə fərqlənərək məğlubiyyətdən xilas olub.
Komanda.az “Atletico Universe”-yə istinadən xəbər verir ki, Simeone oyundan sonra komandasının mübarizəsindən razı qaldığını bildirib:
“Çətin rəqibə qarşı yaxşı mübarizə apardıq. Heç-heçə ədalətli nəticədir. Qarşımızda bəlkə də, Çempionlar Liqasının ən intensiv komandası var idi”.
Komandalar arasında cavab qarşılaşması fevralın 24-də İspaniyada keçiriləcək.
Bizi Facebook-da izləyin



