Bernardo Silva qərarını verib

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva 2025/26 mövsümünün sonunda klubu tərk etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.

31 yaşlı futbolçu artıq komandasını dəyişmək qərarına gəlib. Onun mümkün yeni ünvanı kimi “Barselona” göstərilir.

Portuqaliyalı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 22 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib. O, “Mançester Siti”nin formasını 2017-ci ilin yayından etibarən geyinir.

Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button